14 Mart 2016 16:12
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən görüşlərdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər