15 Mart 2016 12:59
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunan çoxsaylı yol infrastrukturu layihələrindən biri də dövlətimizin başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır.

ASC-dən verilən məlumata görə, ölkəmizin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

“Bakı-Şamaxı-Yevlax” (M4) avtomobil yolunun Muğanlı-Yevlax ( 0 – 8,4 km və 38 – 145 km ) hissəsinin yenidən qurulması” layihəsində hal-hazırda son tamamlanma işləri həyata keçirilir. Layihənin bu günə fiziki tərəqqisi 99 faiz təşkil edir.

Layihə üzrə yol 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 km, yol yatağının eni 12,5 m, hərəkət hissəsinin eni isə 7.5 m-dir.
Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda 1 843 042 m3 torpaq yatağı inşa edilib, yol geyiminin tikintisi üzrə isə 377 454 m3 əsasın alt layı, 109 481 m3 bitumlu əsas, 1 062 679 m3 bitumlu aralıq və 1 072 163 m3 asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb.

“Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsində nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətddir, bundan başqa 263 borunun hamısında, 6 körpüdən isə 5-nin, daha dəqiqi yolun 35-ci km-də yerləşənAğdarçay, 37,5-ci km-də yerləşən Girdmançay, 81-ci km-də yerləşən Göyçay çayı, 93-cü km-də yerləşən Şirvan kanalı və 120-ci km-də yerləşən Nemətabad kollektorunun üzərindəki körpülərin tikintisi işləri yekunlaşıb. Hazırda yolun 103,5-ci km-də yerləşən Türyançay üzərində yerləşən körpüdəson tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür.

Bundan başqa layihə üzrə avtomobil yolunda nəzərdə tutulan elektrik dirəklərin montajı, 39 avtobus dayanacağının tikintisinin tamamlanması, 19 500 p/m əyri xətli dəmir tirin quraşdırılması, işıqəksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanlarının qoyulması, 15 min m uzunluğunda piyada səkilərinin və 13 300 m açıq beton kanalların ( küvet ) tikilməsi prosessi gedir.

Layihənin tam olaraq cari ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər