18 Mart 2016 19:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndə heyəti ilə növbəti görüş keçirilib.


Bu barədə Teleqraf.com-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, nümayəndə heyəti ilə növbəti görüşdə isə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov qonaqlara Gömrük Məcəlləsi, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər və onların sayı, gömrük prosedurları, gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi barədə ətraflı məlumat verib.

Ş.Bağırov müvafiq orqanlarla əlaqə, o cümlədən elektron məlumat mübadiləsi, məlumatların əvvəlcədən göndərilməsi, qonşu ölkələrin gömrük orqanları ilə əlaqələr,X-Ray aparatları barədə də nümayəndə heyətini məlumatlandırıb.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamının əhəmiyyətindən də danışan Ş.Bağırov bildirib ki, bu sərəncam gömrük rəsmiləşdirilməsinin və səmərəliliyinin artırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlığa münbit şəraitin yaradılmasına geniş imkanlar açacaq.

Xatırladaq ki, Azərbaycan və Gürcüstana səfər edən Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Bakıda müvafiq qurumların iştirakı ilə “Biznesin aparılması metodologiyasında yeniliklərin çatdırılması” mövzusunda seminar keçiriblər. Azərbaycana səfərləri çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ölkəmizin gömrük orqanlarında həyata keçirilən yeniliklər barədə məlumat almaq üçün Komitə rəhbərliyi ilə də görüşüblər.


Müəllif:

Oxşar xəbərlər