18 Mart 2016 21:02
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində, martın 18-də Qəbələ və Salyan rayonlarının daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbələ rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 337 abonenti olan Qəmərvan kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 17 017 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Salyan rayonunun 91 abonentlik Alçalı kəndinə də ilk dəfə “mavi yanacaq” verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında aparılan qazlaşdırma işləri zamanı 6535 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər