19 Mart 2016 12:00
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,45% bahalaşaraq 42,82 dollara çatıb.

Teleqraf.com xəbər verir ki, "Brent" markalı neft isə 0,82% ucuzaşaraq 41,20 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Müəllif: