Ötən il ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20645,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 11424,5 milyon dollarını və ya 55,3 faizini ölkədən ixrac olunmuş məhsullar, 9221,4 milyon dollarını (44,7 faizini) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 2203,1 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2014-cü ilə nisbətən xarici ticarət dövriyyəsinin həcmi 3,4 faiz, o cümlədən ixrac 4,6 faiz, idxal isə 0,5 faiz azalıb. Ticarət dövriyyəsinin 12,0 faizi MDB üzvü ölkələrinin, 47,0 faizi Avropa İttifaqı ölkələrinin, 41,0 faizi isə digər ölkələrin payına düşüb.
İdxal olunmuş məhsulların həcminin 21,3 faizi MDB üzvü ölkələrinin, 31,9 faizi Avropa İttifaqı ölkələrinin, 46,8 faizi isə digər ölkələrin payına düşüb.
İxrac edilmiş məhsulların 4,6 faizi MDB üzvü ölkələrinə, 59,1 faizi Avropa İttifaqı ölkələrinə, 36,3 faizi isə digər ölkələrə göndərilib.
2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü ilin göstəricisini 2,7 faiz üstələyərək 1581,2 milyon dollar təşkil edib.
İLHAMƏ