19 Mart 2016 13:51
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayram yarmarkaları regionlarda məhsul yetişdirən insanlar üçün də olduqca əlverişli xarakter daşıyır. Məhsul istehsalçıları heç bir çətinlik çəkmədən, hər hansı əngəllə üzləşmədən məhsullarını istehlakçılara çatdırırlar. Qeyd etmək yerinə düşər ki, rayonlarımızda, şəhərlərimizdə dövlət strukturlarının bayram yarmarkaları ilə bağlı yaratdıqları nəzarət sistemi, qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması yönümündə atılan addımlar insanlar tərəfindən də yüksək qiymətləndirilir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalına göstərilən diqqət və qayğı ölkədə ərzaq təhlükəsizliyinin təminatına yol açmaqla yanaşı qiymətlərin aşağıl səviyyədə qalmasına şərait yaradır. Digər tərəfdən, ölkə Prezidentinin ixracın stimullaşdırılması yönündə apardığı siyasi kurs ərzaq məhsullarının xarici bazarlara çıxışını təşviq edir: “Bu gün Azərbaycanın hər bir regionunda mütəmadi olaraq kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkil olunması vətəndaşların yerli məhsulları əldə etmək imkanını genişləndirir. Eləcə də, regionlarda yaradılan ərzaq anbarları, soyuducular ilin bütün fəsillərində bolluq səviyyəsinin qorunub saxlanılmasına yaxından kömək göstərir. Əminəm ki, yaxın gələcəkdə ölkəmiz xarici bazarlara daha çox ərzaq məhsulları çıxaracaq ki, bu da regionlarda yaşayan vətəndaşlarımızın sosial şəraitinin daha da yaxşılaşmasında mühüm rola malikdir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər