2016-cı ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 6459,3 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz çoxdur.
Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9 faizi isə yığıma yönəldilib.