27 Mart 2016 21:00
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar ayında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 23,3 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, MDB ölkələrindən 33,8 faiz, digər ölkələrdən 20,1 faiz az məhsul idxal olunub. İdxalın ümumi dəyərinin 32,6 faizi Avropa İttifaqı ölkələrinin, 20,0 faizi MDB üzvü dövlətlərinin, 47,4 faizi isə digər ölkələrin hesabına formalaşıb.

Xarici ticarət dövriyyəsinin 88,4 faizi İtaliya, Almaniya, İsrail, Rusiya, Türkiyə, Fransa, Birləşmiş Krallıq, Çexiya, ABŞ, İndoneziya, İsveçrə, Çin, Gürcüstan, Yaponiya, Norveç, Ukrayna və Əfqanıstan dövlətlərinin hesabına formalaşıb.

Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 13,7 faizi Rusiyanın, 10,9 faizi Birləşmiş Krallığın, 9,8 faizi Türkiyənin, 9,3 faizi ABŞ-ın, 6,6 faizi İtaliyanın, 5,5 faizi Çinin, 5,3 faizi Yaponiyanın, 5,0 faizi Almaniyanın, 3,2 faizi Norveçin, 2,7 faizi Ukraynanın, 2,1 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin, 1,8 faizi Fransanın, hər biri 1,4 faiz olmaqla Koreya və İranın, hər biri 1,2 faiz olmaqla Polşa və İndoneziyanın, 15,1 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunmuş məhsulların ümumi dəyərinin 35,1 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 17,1 faizini qara metallar və onlardan hazırlanan məmulatlar, 15,4 faizini ərzaq məhsulları, 3,0 faizini əczaçılıq məhsulları, 2,7 faizini nəqliyyat vasitələri və onların hissələri, 2,5 faizini plastik kütlədən hazırlanan məmulatlar, 1,9 faizini oduncaq və ondan hazırlanan məmulatlar, 1,2 faizini tütün məmulatları, 1,1 faizini mebel və onun hissələri, 20,0 faizini isə digər məhsullar təşkil edib.


Müəllif:

Oxşar xəbərlər