28 Mart 2016 15:32
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Neft Fondu (DNF) Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə valyuta hərracı keçirib. Fonddan verilən məlumata görə, hərraca 100 milyon dollar çıxarılsa da bunun cəmi 0,5 milyon dolları satılıb. Həmin vəsaiti 3 bank əldə edib.

Bankların dollara tələbatının yox dərəcəsində olduğu göz qabağındadır, deməli, ABŞ valyutasının sabahkı məzənnəsi bugünlə müqayisədə aşağı olacaq.

Prosesi Teleqraf.com-a şərh edən iqtisadçı Pərviz Heydərov deyir ki, bayram tətili günlərindən sonra ilk gündə AMB-nin hərracında yarım milyon dolların satılması ümumən, mart ayı ərzində ölkədə xarici valyutaya tələbin fevralla müqayisədə məhdud olduğu göstəricisinə dair daha bir sübutdur:

“Bayramdan əvvəl də vəziyyət eyni idi. Bayram günlərində isə ölkəyə turislərin gəlişi çoxaldığından banklarda dollar ehtiyatı bir az da artıb. Bundan əlavə, məhz bu aydan əmanətlərin 3 illik müddətə tam sığortalanması haqda müvafiq addımın atılması və bu zaman dollar üzrə sığortalanma üzrə faizin 3-ə endirilməsi, manata görə isə 12 faizdə saxlanması yavaş-yavaş sözünü deyir. Demək istədiyim odur ki, əhalinin də dollara tələbatı nisbətən enib”.

Lakin əsas məsələ ölkəyə idxalın vəziyyətidir. Ekspert bu sahədə göstəricinin aşağı olduğunu deyir: “Yanvarda bu sahədə göstərici azalmışdı. Bu ay üzrə vəziyyətin necə olacağı qarşıdakı dövrdə açıqlanacaq. Sözün qısası, daxili istehlak bazarının idxaldan asılılığı azalarsa, dollara tələbat ümumiyyətlə enəcək”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər