14 İyun 2014 14:11
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin bir barelinin qiyməti az qala 107 dollara çatıb. İraqda vəziyyətin gərginləşməsi fonunda dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.

ABŞ prezidenti Barak Obama ölkənin neft ixracatına elə də ciddi ziyan dəymədiyini bildirib.

Qeyd edək ki, Mosul və Tikriti tutmuş İŞİD qüvvələri İraqın paytaxtına da hücum edəcəklərini bəyan etdikdən sonra, dünyada neftin qiyməti son 10 ayın maksimum həddinə çatıb. İraq neft ehtiyatlarına görə, Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci dövlətidir. İstehsalın həcmi də son illər sürətlə artaraq günə 3.3 milyon barelə çatıb.

Buna görə, bir sıra tanınmış ekspertlər İraqda baş verənlərin hətta Amerika, Asiya və Avroapda benzinin qiymətinə təsir edəcəyini proqnozlaşdırırlar./anspress/


Müəllif: