31 Mart 2016 17:27
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 1-nə rəsmi məzənnəsini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, 1 ABŞ dolları 1,5238 AZN səviyyəsində müəyyən edilib.

Bu, 1,19% azalma deməkdir. Martın 31-də rəsmi məzənnə 1,5421 AZN/USD səviyyəsində olub.

Qeyd edək ki, dollar qonşu Rusiya və Türkiyədə də dəyər itirib. Bu gün 1 dollar 2.82 türk lirəsi səviyyəsində olub ki, bu, ötən ilin noyabrından ən aşağı həddir.

1 rus rubli isə 67 qəpikdən aşağı düşüb. Bu, ötən ilin dekabrından ən aşağı hədd hesab olunur.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər