Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar yaxud 0,80 faiz ucuzlaşıb.
Teleqraf.com-un məlumatına görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,55 dollara bərabərdir.
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.