"Neftin bir barelinin 45-50 dollar olması Rusiyanı qane edir".
Teleqraf.com "Royters" istinadla xəbər verir ki, OPEK ölkələrinin aprel sammitinə hazırlaşan Rusiya bu fikirdədir.
Moskva hesab edir ki, bundan yuxarı qiymətlər şist hasilatının bərpasına səbəb olar.
Neft hasilatının dondurulmasını Rusiya bazarın yenidən balanslaşdırılması cəhdi kimi dəyərləndirir: "Altı ay üçün nəzərdə tutulan bu addım bazar prinsiplərinə zidd deyil".