11 Aprel 2016 15:37
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Gəncə Beynəlxalq Hava Limanından uçuş saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş saat 14:25-də reallaşacaq.

Naxçıvandan uçuş saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş isə saat 16:40-da baş tutacaq.

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin edib.

Mahir


Müəllif:

Oxşar xəbərlər