16 Aprel 2016 12:04
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 2016-cı ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artaraq 10303,5 milyon manata çatıb.

Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1073,5 manat və ya ayda 357,8 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,0 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 9304,1 milyon manat olub.


Müəllif: