19 Aprel 2016 18:26
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, iclasda daha öncəki toplantılarda qəbul edilmiş qərarların icrası barədə müzakirələr, Azad Ticarət Zonası üzvləri arasında ticarət maneələrinin həll edilməsi barədə sazişin layihəsi, Dövlətlərarası Şuranın növbəti iclasının gündəliyinə əlavələr, növbəti 5-ci iclasın keçiriləcəyi vaxt və yeri barədə müzakirələr aparılıb.

İclasda Dövlətlərarası Şuranın rəhbər şəxsləri, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin, Moldova Respublikasının İqtisadiyyat Nazirliyinin, Belarus Standartlaşdırma Komitəsinin, Özbəkistanın “Uzstandart” Agentliyinin mütəxəssisləri iştirak edib.

Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə işçi qrupun 4-cü iclasının protokolu imzalanıb.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər