Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına münasibət bildirib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu məsələ iki ölkənin müvafiq qurumları arasında müzakirə edilib: “Komissiya məsələni araşdırıb və qeyd olunub ki, qurum pomidorların həm görünüş, həm də laborator yoxlamasını apardıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verir”.