20 Aprel 2016 23:52
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra mətbu orqanda bəzi marketlərdə vergi yoxlamalarının aparılmasına dair məlumat yer alıb. Qeyd olunur ki, iri super marketlər onlara müəyyən güzəştlərin edilməsi üçün İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevə müraciət edəndən sonra Vergilər Nazirliyi bu sektorda yoxlama aparıb.

Məyələyə aydınlıq gətirən Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, “Neptun” və “Grand” marketlərdə aparılan müşahidələr yoxlama yox, xronometraj metodu ilə müşahidədir.

"Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növüdür. Yəni, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə aparılan müşahidədir. Belə müşahidələr mütəmadı olaraq aparılır, satılmış mallara, göstərilmiş xidmətlərin müqabilində çekin vurulması (və ya qəbzin yazılması), müştəriyə verilməsi, çeklərdəki məbləğin ödənilmiş məbləğə uyğun olmasına nəzarət edilir, uçotdan yayınma halının qarşısını almağa xidmət edir və sahibkarlıq subyektinin normal fəaliyyətinə heç bir maneə yaratmır. Bu normal vergi nəzarəti formasıdır və qətiyyən şişirdiləsi bir hal deyil. “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə məhz xronemetraj müşahidəsi təyin edilib, vergi yoxlaması yox".

Ayxan


Müəllif:

Oxşar xəbərlər