21 Aprel 2016 12:46
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Teleqarf.com-a verilən məlumata görə, ARDNF tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 2,9 milyon dollar məbləğində vəsait 8 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif: