23 Aprel 2016 13:38
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Bakı Biznes Mərkəzində İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçiriləcək.

Teleqraf.com İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər