25 Aprel 2016 12:38
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil idxal edilib.

Son 5 ildə ölkəyə ən çox minik avtomobili 2013-cü ildə gətirilib. Ötən il isə həmin illə müqayisədə minik avtomobillərin idxalı 4 dəfəyədək azalıb. Bu iln ilk 3 ayında isə həmin mal mövqeyi üzrə idxal göstəricisi 1235 ədədə düşüb. Bu gedişlə cari il ərzində ölkəyə 5 min ətrafında avtomobil gətirilməsi gözlənilir ki, bu da hətta ötən ilin göstəricisindən ən azı 4 dəfə aşağı olacaq.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, avtomobil idxalının azalmasının bəzi mənfi tərəfləri var. Onun sözlərinə görə, hazırda ölkə üzrə 1 milyondan çox şəxsi minik avtomobilləri qeydiyyatdadır. Bu göstərici 1990-cı illə müqayisədə 5 dəfə, 1995-ci illə müqayisədə 4 dəfə, 2005-ci il göstəricisi ilə müqayisədə isə 2 dəfədən də çoxdur. Ötən 10 il ərzində avtomobillərin sayı ilə yanaşı, onun modellərində də xeyli dəyişikliklər qeydə alınıb. Əgər 10 il bundan əvvəl şəxsi avtomobil parkında rus istehsalı olan Lada və digər markalı avtomobilər üstünlük təşkil edirdisə hazırda alman istehsalı olan Mersedes-Benz və digər markalı avtomobillər çoxluq təşkil edir”.

Ekspert bildirib ki, son zamanlar avtomobillərin idxalının kəskin azalması maşın-avadanlıq parkının yeniləşməsinə mənfi təsir göstərəcək: “Bu isə şəxsi minik avtomobillər arasında köhnə maşınların xüsusi çəkisini ildən-ilə artıracaq. Belə olan halda da maşınlardan çıxan tullantıların miqdarı çoxalaraq xüsusilə də Bakı və Gəncə şəhərlərində atmosferi daha da çirkləndirəcək”.

Naibə QURBANOVA


Müəllif: