8 May 2016 00:23
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar-aprel aylarının yekunlarına görə, Rusiya Gürcüstan şərablarının ən iri idxalçısı olub. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, qeyd olunan dövr ərzində Gürcüstan Rusiyaya 5 mln 930 min şüşə şərab ixrac edib.

Qeyd edək ki, Gürcüstan şərablarının ən iri 5 idxalçısı siyahısında həmçinin Ukrayna (1,49 mln şüşə), Qazaxıstan (1,28 mln), Çin (779,4 min) və Polşa (682,5 min) yer alıb.


Qeyd edək ki, şərab satışının dünya üzrə həcmi 2015-ci il ərzində 10,6 faiz artaraq 28,3 mlrd avroya çatıb. ABŞ ən çox şərab istehlak edən ölkədir.


Müəllif:

Oxşar xəbərlər