Azərbaycan Mərkəzi Bankı 12 may tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, mayın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5088 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7237 manat təşkil edir.
1 türk lirəsi 0,5105 manat, 1 rus rublu 0,0232 manatdır.