15 May 2016 22:17
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Alstom" şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq.

Bunu Trend-ə şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib.

Onun sözlərinə görə, Azərbaycan Dəmir Yolları QSC ilə layihəyə əsasən, "Alstom" Azərbaycana 50 elektrovoz tədarük edəcək.

Z.Rəhmətova qeyd edib ki, 50 lokomotivdən 40-ı yük, 10-u sərnişin lokomotivi olacaq.

Azərbaycan Dəmir Yolları" QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb.


Müəllif:

Oxşar xəbərlər