Vergilər Nazirliyində kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən ƏDV ilə bağlı güzəşt istəməsinə də münasibət bildirib: "Həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyi belədir ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur".
Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini deyib.
Naibə QURBANOVA