Bu ilin yanvar-aprel aylarında istehlakçılara 8738,5 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox məhsul satılıb.
Bu barədə Teleqraf.com- a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,6 faiz artaraq 4364,6 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 1,4 faiz artaraq 4373,9 milyon manata bərabər olub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
İlhamə ƏBÜLFƏT