2 İyun 2016 12:17
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı neft hasilatını dondurmağa razıdır, bir şərtlə ki, gündəlik hasilatı 32 milyon bareldən 32,5 milyon barelə qaldırsın.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ OPEK-in Avstriya paytaxtı Vyanada bugün keçirilən toplantısında müzakirə ediləcək.

OPEK üzvü və neft hasilatçısı olan ölkələrin aprel ayında Doha sammitində
məhz Səudiyyə Ərəbistanın iddiları üzündən istehsalın dondurulması üzrə danışıqlar pozulmuşdu.

The Wall Street Journal-ın məlumatına görə, Ər-Riyad öz təkliflərini bugünkü toplantıda irəli sürəcək. Nəşr bildirir ki, Səudiyyə Ərəbistanı artıq neft istehsalını rekord həddə çatdırıb.

OPEK neft istehsalını məhdudlaşdırarsa, bu, qara qızılın dünya bazarında bahlaşmasını təmin edəcək.

Mahir


Müəllif:

Oxşar xəbərlər