Növbəti 3 gün üçün manatın məzənnəsi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankından Teleqraf.com-a verilən məlumata görə, 06.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,4994 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyunun 3-də USD/AZN rəsmi məzənnəsi 1,4964 səviyyəsində olub.