Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar artaraq 50,52 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar artaraq 51,52 dollar olub.
Nigeriyada neft infrastrukturunun ziyan dəyməsi, ABŞ-da neft ehtiyatlarının azalacağı ilə bağlı gözləntilər nefti bahalaşdırıb.