8 İyun 2016 09:54
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın lizinq şirkəti "İlyuşin finans" bu gün Azərbaycanın "AZAL" hava yolları ilə MC-21 təyyarələrinin satışı haqda müqavilə imzalamağa hazırlaşır.

ANS-in verdiyi məlumata görə, müqavilə 10 təyyarənin satılmasını nəzərdə tutacaq. Təyyarələrin nə zaman çatdırılacağı isə hələlik naməlumdur.

İyunun 8-də AZAL-la müqavilənin imzalanağı haqda məlumatı "İlyuşin finans" şirkətinin baş direktoru Aleksandr Rubtsovda təsdiq edib. O, bu müqavilənin planlar haqda olacağını qeyd etsədə satılacaq təyyarələrin sayını şərh etməyib.

МС-21 (XXI əsrin Maqistral təyyarəsi) "İrkut" şirkəti tərəfindən tərtib olunur və yığılır. Hazırda təyyarənin yalnız bir nüsxəsi hazırdır və o rəsmi mərasimdə ictimaiyyətə təqdim olunub. Təyyarənin ilk satışları 2018-ci ilin sonunda nəzərdə tutulub ("Aeroflotla" müqavilə çərçivəsində).


Müəllif:

Oxşar xəbərlər