8 İyun 2016 15:35
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin üç ayında dövlət büdcəsindən İpoteka Fonduna 11 milyon manat vəsait ayrılıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, maliyyələşmə mart ayında həyata keçirilib. Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi aprel ayının 1-nə 0,3 milyon manat təşkil edib. Yanvarda 4,2, fevralda 8,5, martda 5,4 milyon manat ipoteka krediti AİF tərəfindən yenidən maliyyələşdirilib. Hesabatlar göstərir ki, ilin əvvəlindən ipoteka istiqrazı yerləşdirilməyib. MKT-lər (müvəkkil kredit təşkilatları) tərəfindən verilən məbləğ 40881,3 milyon manat olub.

Xatırladaq ki, 2016-cı ilin dövlət büdcəsində ipoteka kreditləri bu il olduğu kimi 50 milyon manat nəzərdə tutulub. Verilən ipoteka məbləğinin maksimum həddinin 50 min manat olduğunu nəzərə alsaq bu, 1000 ailəni əhatə edə bilir. Amma təcrübədə il ərzində 2000-2500 nəfər ipotekadan yararlanır.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov hələ ötən ay iyun ayından ipoteka kreditlərinin bərpa ediləcəyini deyib. Nazir bildirmişdi ki, dövlət ipoteka kreditləşməsi İpoteka Fondunun yenidən qurulması ilə bağlı hüquqi sənədlərə baxılması prosesi başa çatandan sonra mümkün olacaq.


Müəllif:

Oxşar xəbərlər