11 Fevral 2017 15:25
12 609

"Kolleksiya" 9

Öncəki yazı

"Kolleksiya" layihəsində növbəti materialımız 1936-cı ilə aid Azərbaycan xəritəsidir. Bu xəritə həmin illərdə Avropada Azərbaycan davası aparan Məhəmmədəmin Rəsulzadə tərəfindən yayımlanıb. 28 may münasibətilə çap olunan açıqcanın üzərində "Kafkasya Azerbaycan Cümhuriyeti Haritası" yazılıb və ölkə haqqında bəzi bilgilər verilib:

Böyüklüyü: 94, 000 kv.km

Əhalisi: 3, 500 000

Türklər: 83, 4 %

İllik petrol: 17, 000 000 ton

Dəmiryolları: 1250 km

Şose yolları: 1600 km


Açıqcanın arxasında isə 28.V.1936 və Rəsulzadənin "İnsanlara hürriyyət, millətlərə istiqlal" sözləri yazılıb.

Teleqraf.com 81 il öncəyə aid Azərbaycan xəritəsini təqdim edir:

Dilqəm ƏHMƏD


Müəllif: