11 Avqust 2014 17:40
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kirayə evlərin qiymətində artım gözlənilmir”. Bunu Teleqraf.com-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, Bakıda söküntü aparılan “Sovetski”, “Kubinka” və digər yerlərdə işlər sona çatmayınca, əmlak bazarında ciddi aktivlik müşahidə olunmayacaq: “Bildiyimiz kimi gələn aydan etibarən rayonlarda yaşayan tələbələr yenidən şəhərə qayıdacaq. Buna baxmayaraq kirayə mənzil bazarında ciddi qiymət artımı yoxdu.

Düşünürəm ki, bu ilin sonuna qədər bazarda qiymət dəyişilməsi gözlənilmir. Belə ki, “Sovetski”, “Kubinka”, “Yasamal” kimi ərazilərin söküntüsü ilə bağlı aktiv müzakirələr hələki davam edir. Hazırda “Sovetski” ilə bağlı müzakirələr davam edir və yekun qərar yoxdu. Hesab edirəm ki, vətəndaşların alqı-satqı problem həll olunmuyanadək bazarda ciddi aktivlik müşahidə olunmayacaq”.

Hazırda Bakı şəhərində mənzillərin satış qiymətinə gəlincə, Ramil Osmanlı bildirib ki, şəhərin mərkəzindən ətrafa
doğru evlərin qiyməti dəyişir. Daşınmaz əmlak bazarı üzrə ekspert qeyd edib ki, hazırda şəhərin mərkəzində yeni tikililərdə mənzilin 1 kvadratmetri 8 min manata satılan ərazilər var: “Ən bahalı evlər Cavanşir körpüsünün ətrafı, “28 May”, “İçərişəhər” metrosunun yaxın ətrafı və Niyazi küçəsindən geçməklə Azneft dairəsi və ona yaxın ərazilərdə satılır.

Həmin ərazilərdə yeni tikililərdə evin 1 kvadratmetr qiyməti 8 min manata qədər qalxır. Standart yeni tikililərdə isə qiymətlər 1 kvadratmetrə görə 3000-3500 manat arasında dəyişir. Köhnə tikililərdə qiymətlər daha bahadı. Ona görəki, həmin ərazilər arxitektur binalardan təşkil olunub və orada İtaliya, Almaniya layihəli mənzillər var. Həmin layihələrdə qiymətlər bir qədər aşağıdı. Bütövlükdə götürsək təqribən qiymətlər 3000-5000 manat arasında dəyişir”.

Son zamanlar ölkəmizdə daşınmaz əmlaka pul yatıran xarici vətəndaşların sayının artmasına gəlincə, ekspert bildirib ki, qanunvericiliklə xarici vətəndaşların Azərbaycanda torpaq alamsı qadağandır. Həmçinin Ramil Osmanlı vurğulayıb ki, xarici vətəndaş Azərbaycanda torpağı maksimum halda 1 illik icarəyə götürə bilər.

“Daşınmaz Əmlak jurnalı bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə istinadən məlumat yaymışdı. Amma ölkəmizdə qanunvericiliyə uyğun olaraq torpaq xarici vətəndaşlar üçün alqı-satqı predmeti deyil. Xarici vətəndaşlar Azərbaycanda yalnız əmlak ala bilərlər. Bu mənzil, qeyri-yaşayış və kommersiya tipli yerlər ola bilər. Açıqlanan rəqəmlərdə 60 faiz pay məhz torpaq sahələrinə düşürdü. Daha çox buraya Bakı şəhəri və Abşeron ərazisi daxildir. Bu baxımdan həmin siyahı mənim üçün mücərrəd olaraq qalmaqdadır”.

Anar Kəlbiyev


Müəllif:

Oxşar xəbərlər