22 Fevral 2016 13:35
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 milyarddan çox istifadəçisi olan Whatsapp 2016-cı ildə edəcəyi ilkin yeniliklərin siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, səsli zəng, web vasitəsi ilə danışıq və illik ödəməni ləğv edən Whatsapp bu il də yeniliklər edəcək.

Whatsapp-ın iOS və iPhone üçün edəcəyi yeniliklərin siyahısını təqdim edirik:

- Görüntülü danışıq
- Yeni dizayn
- Şəkilin redaktə olunması
- Yenilənmiş 3D Touch (iOS)

Artıq görüntülü danışıq funksiyasının test mərhələsində olduğu bildirilib.

Bundan əlavə İnstaqram-da olduğu kimi şəkillərə redaktə funksiyası əlavə olunacaq.

Ramal


Müəllif: