Tanınmış aktyor və aparıcı İlkin Həsəni avtomobil qəzası keçirib.
Qəzanın təffərüatı haqqında Teleqraf.com-a danışan İlkin Həsəni vəziyyətinin yaxşı olduğunu deyib: “Piyada keçidində dayanmışdım. Qəflətən arxadan avtomobil gəldi və mənim maşınıma dəydi. Avtomobilim arxa hissədən əzilib.
Şükürlər olsun ki, qarşıda piyada var idi, ona xəsarət dəymədi. Mənə də heç nə olmayıb.
Hazırda Hüquq Mühafizə orqanları bu işlə məşğuldur və zərəri sığorta həll edəcək. 2005-cü ildən avtomobil idarə edirəm, 11 illik sürücülük fəaliyyətimdə və ilk dəfədir ki, qəza keçirirəm”.
Rəqsanə