Xalq artisti, bəstəkar Faiq Sücəddinov şou-biznesdən uzaqlaşdığını deyir.
O, Teleqraf.com-a açıqlamasında bunun səbəblərindən danışıb:
“Mahnılar bəstələyirəm, amma gənclərlə nadir hallarda işləyirəm. Onlar öyrənmək, əziyyətə qatlaşmaq istəmirlər. Ümumiyyətlə, indi çox az hallarda kiməsə mahnı verirəm. Müğənnilərin oxuduqları mahnılara lazımincə qayğı göstərməməsi məni narahat edir. Onlar mahnıları yaşatmırlar, nadir hallarda bəstəkarın adını çəkirlər.
Bu kimi hallara görə indi demək olar ki, şou-biznesdən kənara çəkilmişəm. Hərdən televiziyalardan sifarişlər alıram. Həmçinin filmlərə musiqi yazıram”.
Nərmin