17 İyun 2016 14:45
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modelyer Gülnarə Xəlilova, Tünzalə Ağayeva və Samira Alahverdiyevanın rəfiqə olması hər kəs məlumdur. Amma son zamanlar Tünzalə Ağayeva və Samirə Allahverdiyevanın münasibətlərində soyuqluq hiss edilir.

Bu haqda Teleqraf.com-a danışan Samira Allahverdiyeva həmkarı ilə münasibətlərinin davam etdiyini və küsülü olmadığını deyib: “Tünzalə xanımla küsülü deyilik. Röya ilə də belə hal yaşamışdım. Hər kəs soruşurdu ki, Röya ilə münasibətiniz necədir? Hər şey normaldır. Sadəcə, Tünzalə xanımın işləri çoxdur. Onunla duet yazdırmışdıq. İnanırsınız, dueti yazdırana qədər canım çıxdı. Çünki Tünzalənin bir ayağı burada, bir ayağı təyyarədədir. Başı özünə qarışıb. Gülnarə ilə tez-tez danışırıq, amma görüşə bilmirik. Son vaxtlar heç kimlə görüşmürəm. Başım öz ailəmə, balalarıma qarışıb. Onu da deyim ki, insanlarda sünilik hiss elədim, kənara çəkildim. Tədbirlərdə də az-az görsənirəm”.

Rəqsanə


Müəllif: