17 İyun 2016 15:09
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Məryəm Üzərli 2 yaşlı qızı Lara üçün Almaniyada bankda 2 milyonluq hesab açdırıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məryəm Üzərli qızının atası Can Atəşin pulu əldə edə bilməməsi üçün də bankla xüsusi müqavilədə imzalayıb. Belə ki, aktrisa qızının gələcəyini zəmanət altına alıb. Müqaviləyə əsasən, hesabdakı pulu Lara 18 yaşından sonra istifadə edəcək və Məryəm Üzərli də daxil olmaqla pulu heç kim götürə bilməyəcək.

Qeyd edək ki, Məryəm Üzərlinin keçmiş sevgillisi Can Atəş müştərilərinin 100 milyon dollarını ələ keçirib və Meksikaya qaçıb. Aktrisa hazırda Alp Özcan adlı iş adamı ilə sevgildir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər