“Recep İvedik” obrazıyla sevilən aktyor Şahan Gökbakar sosial şəbəkədə oğlu ilə fotosunu paylaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun 7 aylıq körpəsi Dəniz Efe ilə olan fotosu böyük maraq görüb.
Son günlərdə ailəsi ilə birgə çəkdirdiyi şəkillərdə olduqca xoşbəxt görünməsi Şahanın sevənləri tərəfindən böyük diqqət görür. O ,körpəsi ilə olan fotoya “Biz siması ilə çörək qazananlardanıq, oğlum, övladım” şərhini yazıb.