Gənc Tamaşaçılar Teatrının Romeosu Elnur Kərimov öz Culyettası - aktrisa Günel Məmmədovadan yazıb.
Teleqraf.com xəbər verir ki, aktyor sosial şəbəkədə Londanda çəkdirdiyi fotosunu paylaşaraq "Culyetta"nı belə vəsf edib: “Londonda Drury Lane Teatrında “Romeo və Culyetta” tamaşasından portret. Bu portreti görən kimi hamının yadına mən və Günel Məmmədova düşdü. Londonda da bizimlə idin. Sən təkcə bizim teatrın yox, Azərbaycan teatrı üçün vacib aktrisasan.
Sən səhnəyə, səhnə də sənə çox yaraşır. Teatrda yerin görünür. Baş rolda sən olmayan tamaşa hamı üçün darıxdırıcıdır. Bu şəkli isə sənə göstərmək üçün çəkdirdim”.
Pərvin