Aşıq Samirə ikinci həyat yoldaşı, prodüser Rizvandan ayrılsa da, dostluq münasibətlərini davam etdirirlər.
Haqqında yayılan şayiələrdən narahat olan Aşıq Samirə Teleqraf.com-a açıqlamasında bir daha şəxsi həyatından danışmayacağını deyib: "Bizi birlikdə görən insanların çoxu sevinir. Allah hər kəsi xoşbəxt eləsin! Amma artıq şəxsi həyatımın nə pis, nə də yaxşı tərəfini danışmaq istəmirəm. Şəxsi həyatıma müdaxilə edənlər bundan istifadə edirlər. Bununla onlara şərait yaradıram".
Qeyd edək ki, Aşıq Samirənin Rizvan ilə nigahından bir oğlu var. Bir müddət öncə Aşıq Samirənin iş adamı ilə sevgili olduğu haqqında şayiələr yayılmışdı.
Rəqsanə