Məşhur müğənni-aparıcı Lərzan Mutlu “Söylemezsem Olmaz” verilişində fəaliyyətinə son qoyub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lərzan Mutlu verilişdən öz istəyi ilə ayrıldığını qeyd edib: “İsrarla dəvət edildiyim proqramda alnımın təri ilə reytinqləri yüksəltdim. Mənim şərtlərimə uyğun olmadığı üçün fəaliyyətimə son qoyuram. Yeni kanalımda görüşərik…”
Qeyd edək ki, Lerzan Mutlunun proqramın digər aparıcısı Oya Aydoğanı son günlərində çox incitdiyi iddia edilib. Buna görə tənqid edilən Lərzan Mutlu Oya Aydoğanın rəfiqəsi Bülənt Ərsoyu və bir neçə məşhuru məhkəməyə vermişdi.
Rəqsanə