20 İyun 2016 17:24
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Firəngiz Mütəllimovanın bacısı qızı Gülarə aktrisalıq fəaliyyətinə başlayıb. “İnstaqram” hesabında Gülarənin çəkildiyi “Palata 106” serialından foto paylaşan xalq artisti ona uğurlar arzulayıb.

Teleqraf.com-a açıqlamasında isə Firəngiz Mütəllimova bildirib ki, Gülarə hələ uşaqlıqdan bu sənətlə məşğul olmağın arzusunda idi: “Gülarə Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində oxuyur. Serial və filmlərdə çəkilməyə çox həvəslidir. Gözəl nitq qabiliyyəti var. Ağıllıdır, çoxlu kitablar oxuyur. Üstəlik, çox gözəl əl qabiliyyəti var.

Dörd yaşı olanda mən onu reklam çəkilişinə apardım. Rövşən İsaxın çəkdiyi bir reklam filmi idi. Gülarə bir həvəslə o reklama çəkildi ki... Təəssüf ki, o reklam efir üzü görmədi. Rövşən də etiraf etdi ki, yaradıcılığında ilk belə hadisədir. Gülarə uşaq idi, çəkildiyi reklamı efirdə görmək istəyirdi. Mən də onu sakitləşdirmək üçün dedim ki, “xala qurban, əsas odur, biz pulumuzu aldıq, reklam efirə getməsə də olar”.

O vaxtdan mənimlə barəbər teatr tamaşalarına gedir. Bizim sənət çətindir, amma maraqlıdır, həyat boşu-boşuna getmir. Gör nə qədər insanın taleyini yaradırsan, qastrollara gedirsən, filmlərə çəkilirsən, hər dəfə yeni kollektivlə, yeni insanlarla ünsiyyət qurursan.

Ona hər zaman deyirəm ki, hansısa filmə, seriala dəvət olunsan, ssenariyə bax, sonra get çəkil. Hər gələn təklifə razılaşmaq olmaz. Çünki bura Azərbaycandır. Biz Azərbaycan mədəniyyətinə, mentalitetinə qulluq edirik”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər