"Apple" şirkəti yeni "iPhone 7" smartfonunun kütləvi istehsalına başlayıb.
Tayvanın "Pegatron" şirkəti smartfonun yeni modelini istifadəçilərə payızda təqdim edəcək.
Daha əvvəlki xəbərlərə əsasən, yenilənmiş iPhone-da SİM-kart üçün ikinci slot əlavə olunur. Bundan başqa, smartfonda 3.5 mm ölçüdə qulaqcıq portu nəzərdə tutulub.
"i4u" portalının məlumatına əsasən, "iPhone 7 Plus" və "iPhone 7 Pro" modellərinin istehsalı ilə Tayvanın digər şirkəti - "Wistron" məşğul olacaq.