Gəlinlik paltarı geyinən əməkdar artist Elza Seyidcahan ailə qurması haqqında yayılan xəbərə aydınlıq gətirib.
O, Teleqraf.com-a açıqlamasında bu barədə deyilənləri şayiə adlandırıb: “Yaxın günlərdə tamaşa ilə bağlı gəlinlik paltarında fotosessiya etdirdim. Bu haqda “Mən küləyin gəliniyəm” adlı şeir də yazdım.
Hərdən haqqımızda elə şayiələr yayırlar ki... Evləndirirlər, boşatdırırlar və s. Son günlər hamı soruşur ki, ailə qurursunuz? Mənim iki övladım var və evləniblər. Həyatın işini bilmək olmaz. Amma əminliklə deyə bilmərəm ki, ailə quracam, ya yox. Bu Allahın işidir. Hər iki övladım eyni ildə evləndilər. Bu mənim planımda yox idi. Allah hər iksini xoşbəxt etsin. Yəni ki, evlənmək qismətlə bağlıdır. Qismətimdə, varsa evlənəcəm. Şəxsi həyatım mənim əlimdə deyil”.
Rəqsanə