Xalq artisti Aygün Kazızmova Nabranda “El Faro” istirahət mərkəzində konsert verib.
Teleqraf.com xəbər verir ki, xalq artistinin ifa etdiyi mahnılar maraqla qarşılanıb. Peşəkar rəqqaslarla birgə möhtəşəm şou göstərən ifaçını daha sonra aparıcı İslam Mehrəliyev və Təranə Əliyeva əvəz edib. Onların Rusiya şou-biznesinin tanınmış simaları Alla Puqaçova və Maksim Qalkinin obrazını canlandırması isə gecənin ən maraqlı və gözlənilməz məqamlarından biri olub. Ailəvi istirahətə gələn qonaqlar üçün unudulmaz gecə yaşadan Aygün Kazımovanı səhnədə yaxın dostu Rəhim Rəhimli tək qoymayıb. Rəhimin səhnədəki şousuna isə rəqqasə Rəna Ağamuradova çıxışı ilə konsertə rəng qatıb.
Qeyd edək ki, konsertin aparıcısı Lamiyə Ələkbərova olub.
Bildirək ki, Aygün Kazımovanın konserti mətbuata qapalı olub.
Rəqsanə