Məşhur müğənni Mustafa Ceceli “Avro-2016”da göstərdiyi oyuna görə Türkiyə millisini qınayan azarkeşlərə əsəbiləşib.
Teleqraf.com xəbər verir ki, Mustafa Ceceli bu barədə “Twitter”də yazıb: “Ağzınızı bağlayıb adam kimi oturun”.
Türkiyə millisinin Xorvatiya və İspaniya ilə qarşılaşdığı zaman aşağı nəticə göstərməsinə görə, millinin kapitanı Arda Turan və baş məşqçisi Fatih Terim haqqında səsləndirilən fikirlər gündəm olmuşdu.
Qeyd edək ki, dünən Türkiyə millisi Çexiya üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Rəqsanə