Son günlər sosial şəbəkələrdə daha çox izlənilən stilst Samiraldonu tənqid edənlər də az deyil.
O, Teleqraf.com-a açıqlamasında sosial şəbəkədə tənqid edilməsini normal qarşıladığını bildirib: “Sosial şəbəkədə tənqid edilməyimə yaxşı baxıram. Bu mənə güc, qüvvə verir. Tənqid olmasa, mən inkişaf etmərəm. Ölməmişəm ki, məni tərifləsinlər. Öləndən sonra tərifləyərlər. Tənqidlərdən incimirəm. Son vaxtlar çox videolar paylaşıram. Onu da deyim ki, “İnstagram”da məni sevənlər daha çoxdur. Səhifəm bağlıdır və tənqid edənləri dostluğuma qəbul etmirəm. Ətrafda nə danışırlar, danışsınlar. Allah canlarını sağ etsin”.
Stilist şou-biznes nümayəndələrinin geyiminə də münasibət bildirib: “Bir çox müğənnilər dəblə geyinir. Sadəcə musiqiyə, tədbirə uyğun geyinmirlər”.
Rəqsanə