24 İyun 2016 16:27
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı iki dəfə “Eurovision” yarışmasında təmsil edən, “O səs Türkiyə”nin qalibi Elnur Hüseynov Bakıda kinomanlarla filmə baxıb.

Teleqraf.com xəbər verir ki, Elnur “ADDIM” Gənclər Təşkilatı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Cinemaya ADDIMla” layihəsinin növbəti ulduz qonağı olub. Layihə çərçivəsində isə gənclərlə bərabər “Səviyyəli oğlanlar” filmini izləyib.

Tədbirin əvvəlində “ADDIM” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə bildirib ki, Elnur məhz gənclərin istəyi ilə dəvət olunub. Müğənninin sənət fəaliyyətindən əlavə sosial layihələrdə aktivliyini vurğulayan Cavadzadə qeyd edib ki, gələcəkdə sahibsiz heyvanlarla bağlı sənətçinin “ADDIM”la bərabər yeni layihələri olacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər